Xocavənddə maşınlar toqquşdu – Xəsarət alanlar var

Xocavənddə maşınlar toqquşdu  – Xəsarət alanlar var

Xocavənddə yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobillərinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü, Beyləqan rayonunun Yuxarı Aran kənd sakini Qarayev Elnur Eldar oğlu və 1981-ci il təvəllüdlü, Beyləqan rayonunun Örənqala kənd sakini Məmmədov Səxavət Ələm oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Qafqazinfo.