Xocavənd rayonunda mina partlayışı baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində 2026-cı il 12 avqust tarixində mina partlayışı hadisəsi baş verib.
Qazax rayon sakini 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı Tovuz rayon sakinləri 1989-cu il təvəllüdlü Sənan Söhrab oğlu Fərəcov və 2003-cü il təvəllüdlü Fuad İlqar oğlu Əhmədov xəsarət alıblar.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
Report.