Xocavənd rayonunda mina partlayıb

Xocavənd rayonunda mina partlayıb

Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

Bu barədə “Report”a Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirlib ki, avqustun 7-si Qazax rayon sakini 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Report.