Xocalı rayonunda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.
Məlumata görə, hadisə rayonun Daşkənd kəndi ərazisində baş verib.
Qurumun əməkdaşı ərazidə minatəmizləmə işləri apararkən mina partlayışı baş verib. Hadisə nəticəsində o xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Qafqazinfo.