Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb – yenilənib

Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb – yenilənib

Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

FHN-dən verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

07:13

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir, əlavə məlumat veriləcək.

Report.