ABŞ-nin İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv etməsi İslamabad Memorandumunun 10-cu bəndinin açıq şəkildə pozulmasıdır.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında vurğulanıb.
“İslamabad Memorandumunun imzalanmasından 20 gündən az vaxt keçməsinə baxmayaraq, 21 iyun tarixində verilmiş ümumi icazənin ləğv edilməsi ABŞ hakimiyyətinin pis niyyətinin, qeyri-sabitliyinin və etibarsızlığının başqa bir göstəricisidir”, – bəyanatda qeyd edilib.
Bildirilib ki, İran İslam Respublikası öz milli maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün zəruri hesab etdiyi hər bir addımı atacaq.
Daha əvvəl ABŞ Maliyyə Nazirliyi avqustun 21-dək İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv edib.