Xətibzadə: ABŞ beynəlxalq hüquq və diplomatiyanı hədəfə alıb

Xətibzadə: ABŞ beynəlxalq hüquq və diplomatiyanı hədəfə alıb

ABŞ beynəlxalq hüquq və diplomatiyanı hədəfə alıb.

Bunu İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.

“Bu gün Birləşmiş Ştatlar tərəfindən edilənlər beynəlxalq hüquqa, diplomatiyaya və Birləşmiş Millətlər Təşkilatı (BMT) Nizamnaməsinin əsas prinsiplərinə hücumdur”, – o bildirib və əlavə edib ki, bu gün diplomatiya məsxərəyə qoyulur.

S. Xətibzadənin sözlərinə görə, İran real diplomatiyaya sadiqdir: “İran gəmilərin Hörmüz boğazından dinc keçidi prinsiplərinə riayət edir, lakin heç bir şərtlə və heç bir halda ABŞ-nin Fars körfəzi, Hörmüz boğazının dəniz yolları üzərində nəzarət qurmasına imkan verməyəcək.

Report.