Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ön dövlət qeydiyyat nişanı olmadan “Chevrolet” markalı, 77-SB-704 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü, 32 yaşlı Məhəmməd Vəliyev saxlanılıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən, M.Vəliyevin narkotik vasitə qəbul etdiyi müəyyən olunub.
Report.