“Xatəm əl-Ənbiya”: ABŞ region ölkələrinin dəstəyi ilə İrana hücum edə bilər

“Xatəm əl-Ənbiya”: ABŞ region ölkələrinin dəstəyi ilə İrana hücum edə bilər

ABŞ region ölkələrinin liderləri ilə görüşüb İrana qarşı yeni hücum planı hazırlaya bilər.

Bu barədə İranın “Xatəm əl-Ənbiya” hərbi komandanlığının mərkəzi qərargahı bəyanat yayıb.

“Alınan məlumatlara əsasən, ABŞ bəzi region ölkələrinin yaşıl işığı ilə Avropa ölkələrinin birində keçiriləcək birgə iclasda İrana qarşı hərəkətləri yenidən başlamaq qərarına gəlib”, – bəyanatda bildirilib.

“Xatəm əl-Ənbiya” ABŞ-yə xəbərdarlıq da ünvanlayıb:

“Xəbərdarlıq edirik ki, əgər ABŞ İrana qarşı hər hansı bir səhvə yol verərsə, həmin ölkənin regiondakı bütün yerləşmə mərkəzləri hücumların hədəfi olacaq”.

Report.