ABŞ İranı nüvə obyektlərinə hücumla hədələyir.
Bu barədə İranın “Xatəm əl-Ənbiya” Hərbi Komandanlığının bəyanatında bildirilib.
“Amerika İranın nüvə və digər strateji əhəmiyyətli obyektlərinə hücum etməklə hədələyir”, – məlumatda vurğulanıb.
Qeyd olunub ki, ABŞ nüvə obyektlərinə hücum etsə, İran bunu regionda münaqişənin gərginləşməsi kimi qiymətləndirəcək: “ABŞ və onun müttəfiqlərinin maraqları İranın güclü zərbəsinin hədəfinə çevriləcək”.
Report.