Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib

Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib

Rusiyanın Ukraynanın Xarkov şəhərinə hava hücumu nəticəsində həlak olan 23 yaşlı azərbaycanlı tələbə Fatimə Hüseynova Kürdəmirdə dəfn olunub.

Ötən gün Azərbaycana gətirilən mərhumun nəşi bu gün səhər saatlarında ata ocağı olan Kürdəmirin Ərəbqubalı kəndində ailəsinə təhvil verilib.

Kənddə mərhumla vida mərasimi keçrilib və cənazə namazı qılınıb.

Daha sonra F.Hüseynova Ərəbqubalı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 23 yaşlı Azərbaycan vətəndaşı Hüseynova Fatimə İlyas qızı iyunun 29-da Rusiya hərbi qüvvələrinin Ukraynanın Xarkov şəhərinin Xolodnohirsk rayonuna endirdiyi idarəolunan aviasiya bombası zərbəsi nəticəsində həlak olub. O, Xarkov Milli Tibb Universitetinin tələbəsi idi.

Report.