Xankəndidə növbəti əmək yarmarkası – Foto

Xankəndidə növbəti əmək yarmarkası  – Foto

Dövlət Məşğulluq Agentliyi tərəfindən Xankəndidə növbəti əmək yarmarkası keçirilib, 222 vakansiya təqdim olunub.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Yarmarkanın açılışında nazir müavini Rəşad Mustafayev işğaldan azad edilmiş ərazilərdə icra olunan məşğulluq proqramları barədə məlumat verib, əmək yarmarkalarının da davam etdirildiyini diqqətə çatdırıb.

Tədbirdə məşğulluğun təminatına aktiv dəstək göstərən işəgötürənlər mükafatlandırılıb, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Səyyar qəbul və işəgötürənlərlə birgə dəyirmi masa da keçirilib.

Qafqazinfo.