Xameneinin müşaviri husilərə görə Ər-Riyada etiraz edib

İran Səudiyyə Ərəbistanının Yəməndəki “Ənsar Allah” hərəkatına qarşı addımlarına etiraz edib.

Bu barədə İranın Ali rəhbəri Müctəba Xameneinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayətinin Səudiyyə Ərəbistanına müraciətində bildirilib.

“Husilərə zərər vermək İslam ümmətinə zərər verməkdir”, – o bildirib.

Vilayətinin fikrincə, Ər-Riyad husilərlə gərginliyi azaldıb ABŞ-nin siyasətindən uzaq durmalıdır.

Report.