Xameneinin müavini yol qəzasında həlak olub

İranın ali lideri Müctəba Xameneinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrindəki (HDQ) siyasi məsələlər üzrə müavini Məhəmməd Əkbərzadə yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, o, Kirman əyalətində avtomobilin aşması nəticəsində həlak olub.

Report.