Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib.

Müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib.

Bu barədə “Report”a şairin köməkçisi Arif Mehmandost məlumat verib.

Onun sözlərinə görə, Nəriman Həsənzadənin müalicəsi reanimasiyada davam etdilir.

“Vəziyyəti ağır-stabil olaraq qalır”.

Report.