Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağıl yol qəzasının bəzi təfərrüatları məlum olub

Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağıl yol qəzasının bəzi təfərrüatları məlum olub.

Hadisə ötən gün paytaxtın Səbail rayonunda yerləşən Həsən Seyidbəyli küçəsi “İçərişəhər” metrostansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, Hüseynli Həsən Qorxmaz oğlunun idarə etdiyi 77-UD-238 dövlət qeydiyyat nişanlı “Nissan Note” markalı avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Şükufə Mühəddin qızı Yusupovanı vurub.

Hadisə nəticəsində Xalq artisti müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Report.