Xaçmazda 7 nəfər narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək həbs edilib

Xaçmazda 7 nəfər narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək həbs edilib.

Bunlar Elçin Ələskərov, İmran İlyasov, Fərhad Əliyarov, Sərxan Şıxıyev, Ruslan Xurşudov, İmran Paşayev və Pərviz Xurşudovdur.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxslərdən ümumi çəkisi 40 kiloqram olan 67 ədəd narkotik tərkibli kol və 3 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb.

Report.