Vüsal Qasımlı: “TDT-nin ümumi ticarət dövriyyəsi 1,1 trilyon dollardır”

Vüsal Qasımlı: “TDT-nin ümumi ticarət dövriyyəsi 1,1 trilyon dollardır”

Türk Dövlətləri Təşkilatının (TDT) ümumi ticarət dövriyyəsi 1,1 trilyon ABŞ dolları təşkil edir.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında deyib.

V. Qasımlının sözlərinə görə, təşkilatın ümumi ərazisi 4,8 milyon kvadratkilometrdir ki, bu da Avropa İttifaqının ərazisindən böyükdür: “Birləşmiş ÜDM 2,1 trilyon ABŞ dollarından çoxdur və qlobal ÜDM-in 2 %-inə bərabərdir. TDT ölkələrinin əhalisi 178,8 milyon nəfərdir ki, bu da dünya əhalisinin 2,8 %-ini təşkil edir”.

Report.