Ukrayna ordusunun Rusiyanın Belqorod vilayətinə endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Bu barədə regionun qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Şuvayev bildirib.
Onun sözlərinə görə, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinə 157 zərbə endirib.
Yaralılardan dördü stasionar müalicə alır.
Report.