Ukrayna Tverə PUA-larla zərbə endirib

Ukrayna Tverə PUA-larla zərbə endirib

Rusiyanın Tver vilayətindəki “Wildberries” obyekti regiona gecə saatlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı zədələnib.

Bu barədə sosial şəbəkələrdə regionun rəhbəri Vitali Korolyov məlumat verib.

“Pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində logistika kompleksinin fasadı cüzi zədələnib”, – o qeyd edib.

V.Korolyov bildirib ki, PUA qalıqları Kalinin dairəsindəki bir neçə təsərrüfat tikilisini zədələyib. Yerli sakinlər xəsarət almayıb.

Report.