Ukrayna HHQ rəsmisi: Rusiyanın reaktiv dronlarla hücumları intensivləşib

Ukrayna HHQ rəsmisi: Rusiyanın reaktiv dronlarla hücumları intensivləşib

Rusiyanın pilotsuz uçuş aparatları (PUA), xüsusilə reaktiv PUA-larla istifadə halları əvvəlki aylarla müqayisədə artıb.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi Yuri İqnat bildirib.

“Bu dronların, xüsusilə “banderol”ların da tətbiqi artıb. Turboreaktiv mühərrikli PUA-ların tətbiqinin artması isə bizim işi çətinləşdirir. Çünki onları yalnız yerüstü vasitələr, yəni zenit raket, yaxud aviasiya kompleksləri, yəni təyyarələr, qırıcılar aviasiya raketləri ilə vurmaq mümkündür. Əlbəttə, mobil atəş qruplarından vurma halları var. Bu isə əlavə yükdür”, – hərbçi bildirib.

“Ballistik raketlərə gəldikdə, bu barədə Ukrayna Prezidenti, ali hərbi-siyasi rəhbərlik danışıb. “Patriot” sistemlərinin raketləri azalıb, son ehtiyatlar xərclənir. Bu barədə hər gün ABŞ və digər ölkələrlə danışıqlar və məsləhətləşmələr aparılır. Cavab isə odur ki, raketlər onların özlərinə lazımdır, yəni Ukrayna ilə hazırda bölüşəcək bir şey yoxdur”,- Y.İqnat vurğulayıb.

Report.