Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk Romada Ermənistan parlamentinin sədri Ruben Rubinyanla görüşüb.
Bu barədə R.Stefançuk “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Danışıqlar zamanı tərəflər Ukrayna-Ermənistan münasibətlərini, Ukraynadakı vəziyyəti və gələcək parlamentlərarası əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Onun sözlərinə görə, Ermənistan tərəfi Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına ümid etdiyini bildirib və dövlətlərin suverenliyinin və müstəqilliyinin qorunmasının vacibliyini vurğulayıb.
Report.