Ukrayna Ali Radası ölkənin Baş naziri Yuliya Sviridenkonun istefasını dəstəkləyib.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Hökumət başçısının istefasının “lehinə” 258 xalq deputatı, “əleyhinə” isə 1 nəfər səs verib. Daha 5 deputat bitərəf qalıb, 47-si isə səs verməyib.
Ukrayna Prezidenti Volodimir Zelenski Nazirlər Kabinetini yeniləmək və xüsusən də baş naziri dəyişmək planları barədə iyulun 12-də məlumat verib. Elə o zaman Zelenski, həm həmin vaxt fəaliyyətdə olan Baş nazir Y.Sviridenko, həm də onun mümkün varisi xələfi Sergey Koretski (“Naftoqaz”ın rəhbəri) ilə görüşüb.
Report.