Ufadakı sənaye zonası ərazisində vurulmuş pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində tüstülənmə olub.
Bu barədə Başqırdıstanın rəhbəri Radiy Xabirov bildirib.
“Ufaya növbəti PUA hücumunu dəf etdik. Sənaye zonası ərazisində vurulmuş pilotsuz uçuş aparatının qalıqlarının düşməsi səbəbindən tüstülənmə qeydə alınıb. Ölən və xəsarət alan yoxdur”, – o qeyd edib.
Report.