Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, magistral yolda hərəkətdə olan “Mercedes Atego” markalı yük maşını yol kənarında dayanan “Chevrolet” markalı minik avtomobilinə çırpılıb.
Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq kənarda dayanan iki piyadanı vurub.
Nəticədə piyadalardan biri elə hadisə yerində, minik avtomobilində olan sərnişinlərdən biri isə xəstəxanaya aparılarkən yolda ölüb.
Qəzada ağır bədən xəsarətləri alan Gəncə şəhər sakinləri Elmir Əsgərli, Elnur Fərəcullayev və Tural Məmmədov Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı bağlı araşdırma aparılır.