Ucarda yol qəzası olub.
Hadisə Bakı-Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik maşını ilə “Hyundai” markalı minik maşını toqquşub. Nəticədə 6 nəfər xəsarət alıb.
Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Qafqazinfo.


