Ucar xəstəxanada ölüm hadisəsi baş verib.
Rayon sakini, 56 yaşlı dialez xəstəsi Nizami Hüseynov müalicə almaq məqsədi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasında müalicə zamanı xəstəxanada ölüb.
TƏBİB-dən yerli büronun sorğusuna cavab olaraq bildirilib ki, 1970-ci il təvəllüdlü şəxs hemodializ prosedurunun aparılması məqsədilə tibb müəssisəsinə müraciət edib.
“Pasiyentin prosedurdan əvvəl çəkisi və arterial təzyiqi ölçülüb, müvafiq prosedur qaydalarına əməl olunub. Lakin hemodializ proseduruna başlamadan pasiyent özünü narahat hiss etdiyini bildirib. Bu səbəblə Təcili tibbi yardım şöbəsindən həkim dəvət olunub.
Report.