PUA qalıqları Tver yaxınlığında “Wildberries”in anbar binasının divarını zədələyib.
Bu barədə vilayətin qubernator əvəzi Vitali Korolyov məlumat verib.
“Gecə düşmən PUA-larının hücumunun dəf edilməsi nəticəsində pilotsuz uçuş aparatının qalıqları Kalinin dairəsindəki Wildberries anbar binasının divarını zədələyib. Müəssisənin əməkdaşları zərər çəkməyib”, – o qeyd edib.
Report.