TürkPA: Bakı Türk dünyasının əməkdaşlıq mərkəzinə çevrilib

TürkPA: Bakı Türk dünyasının əməkdaşlıq mərkəzinə çevrilib

Bakı Türk dünyasının müxtəlif bölgələrini bir-birinə bağlayan əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilib.

Bu barədə Türk Dövlətləri Parlamentar Assambleyasının (TürkPA) Baş katibinin müavini Muhammet Alper Hayali Azərbaycan Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş tədbir və “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin mərkəzinin Bakıda olması ayrıca məna daşıyır: “Birliyin yaradılması Türk dünyasında son illərdə getdikcə güclənən institusional əməkdaşlığın və iqtisadi inteqrasiya prosesinin mühüm bir tamamlayıcısı olaraq görülməkdədir. İqtisadi münasibətlərin inkişaf etdirilməsi, ticarət həcminin artırılması və investisiyaların asanlaşdırılması üçün yalnız siyasi iradə kifayət deyil. Etibarlı, şəffaf və bir-biri ilə uyğun institusional sistemlərə də ehtiyac var. Bu baxımdan ortaq standartların hazırlanması, bilik və təcrübə mübadiləsi, peşəkar təhsil, sertifikasiya, qarşılıqlı tanınma və yaxşı təcrübələrin paylaşılmasının birliyin prioritet töhfələri arasında yer alacağına inanırıq”.

Report.