Türkiyənin Zəfər Bayramı münasibətilə Bakıda Türk şəhidliyi ziyarət edilib

Bakıda Türkiyənin 30 Avqust Zəfər Bayramı münasibətilə Türk şəhidliyi ziyarət edilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, səfirliyin nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak ediblər.

Əvəvlcə Türk şəhidliyi abidəsinin önünə əklil qoyulub, sonra isə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

B.Akgün abidənin önündə çıxış edib və Zəfər bayramı barədə məlumat verib.

O, Azərbaycan və Türkiyə şəhidlərini rəhmətlə anaraq ruhları qarşısında öz ehtiramını ifadə edib.

İki ölkə arasında əlaqələrin gələcək illərdə də möhkəmlənməyə davam edəcəyini bildirib.

Report.