Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 76,932 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 % azdır.
İyulda Türkiyə Azərbaycana 11,225 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da bir il əvvələ nisbətən 34,9 % azdır.
Yanvar-iyul aylarında Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 12,8 % artaraq 8,608 milyard ABŞ dollarına, iyul ayında isə 18,4 % artaraq 1,405 milyard ABŞ dollarına çatıb.
Report.