Türkiyənin Azərbaycana metal ixacından qazancı 3 %-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 87,297 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 % azdır.

Avqust ayında isə Türkiyə Azərbaycana 10,365 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da bir il əvvələ nisbətən 7,3 % azdır.

Yanvar-avqust aylarında Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 13,6 % artaraq 9,917 milyard ABŞ dollarına, avqust ayında isə 19,3 % artaraq 1,311 milyard ABŞ dollarına çatıb.

Report.