Türkiyənin 9 vilayətində meşə yanğınları qeydə alınıb

Türkiyənin 9 vilayətində meşə yanğınları qeydə alınıb

Türkiyənin 9 vilayətində meşə yanğınları baş verib.

Bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) “X” sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirilib.

“Antalya, Çanaqqala və digər vilayətlərdə meşə yanğınları ilə mübarizə davam edir”, – məlumatda bildirilib və əlavə edilib ki, Türkiyədəki meşə yanğınlarına 3 mindən çox şəxsi heyət cəlb olunub.

Bildirilib ki, yanğın zonalarında 23 təyyarə, 54 helikopter və 1.035 quru nəqliyyat vasitəsi fəaliyyət göstərir:

Report.