Türkiyəli nazir məcburi köçkünlərin geri dönüşünü müzakirə etmək üçün Suriyaya gedir

Türkiyəli nazir məcburi köçkünlərin geri dönüşünü müzakirə etmək üçün Suriyaya gedir

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Suriyaya səfər edəcək.

Bildirilib ki, nazir səfər çərçivəsində suriyalı həmkarı ilə görüşəcək, burada fövqəladə halların idarə edilməsi ilə bağlı memorandum imzalanacaq.

M. Çiftçinin burada keçirəcəyi görüşlərdə əsas müzakirə mövzusunun mütəşəkkil cinayətkarlıq, narkotik alveri, qaçaqmalçılıq, sərhədlərin təhlükəsizliyi və suriyalı məcburi köçkünlərin könüllü geri dönüşü olacağı qeyd edilib.

Report.