Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan gəmi hücuma məruz qalıb

Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan gəmi hücuma məruz qalıb

Türkiyənin Rusiyaya meyvə-tərəvəz daşıyan “Ro-ro” gəmisi dron hücumuna məruz qalıb, 4 heyət üzvü yaralanıb.

Qara dənizdə gəmiyə hücum yanğına səbəb olub.

“Hücumda üçü türk olmaqla, dörd heyət üzvü yaralanıb”, – məlumatda bildirilib və əlavə edilib ki, gəmi Samsundan Rusiyanın Novorossiysk şəhərinə istiqamətlənirdi.

Gəminin kapitanı Yalçın Şahin hücumun Ukrayna tərəfindən edildiyini irəli sürərək, 6-7 drondan istifadə olunduğunu açıqlayıb.

Report.