Türkiyədə yol qəzasında onlarla insan xəsarət alıb.
Məlumata görə, hadisə Bartında qeydə alınıb. Toydan qayıdan qonaqları daşıyan mikroavtobusun kiçik tutumlu yük avtomobili ilə toqquşması nəticəsində 3-ü uşaq olmaqla 19 sərnişin və sürücülər – ümumilikdə 21 nəfər yaralanıb.
Mikroavtobus toqquşmadan sonra zərbənin gücündən elektrik dirəyinə çırpılıb.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar Bartın Dövlət Xəstəxanasına aparılıb.
Report.