Türkiyədə xaricə qaçan 7 FETÖ şübhəlisi saxlanılıb

Türkiyədə xaricə qaçan 7 FETÖ şübhəlisi saxlanılıb

Türkiyənin Muğla vilayətində xaricə qaçmağa cəhd edən 9 “Fətullahçı” Terror Təşkilatı (FETÖ) şübhəlisindən 7-si həbs edilib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, onlar Sahil Mühafizəsi Komandanlığının əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat zamanı qayıqda 40 080 avro, 200 ABŞ dolları, 4 752 türk lirəsi və 3 saxta Belçika şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülüb, qayıq isə müsadirə edilib.

FETÖ üzvlüyü ilə bağlı barələrində araşdırma aparılan və işləri apellyasiya mərhələsində olan şəxslərin ölkədən qaçmağa hazırlaşdıqları müəyyən edilib.

Report.