Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib

Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib

Türkiyənin İstanbul vilayətində viza fırıldaqlığı ilə bağlı aparılan araşdırma çərçivəsində 37 nəfər həbs edilib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, Türkiyə Baş Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırma zamanı viza məsləhətçiliyi adı altında fəaliyyət göstərən bəzi şəxslər və şirkətlərin “bot”lardan istifadə edərək, viza təminatı müqabilində ödəniş aldıqları müəyyənləşdirilib.

Araşdırma zamanı vəd edilən xidmət göstərilmədikdə ödənişlərin geri qaytarılmadığı, müraciət edən şəxslərin fərdi məlumatlarının avtomatlaşdırılmış proqramlara ötürüldüyü də aşkarlanıb.

Həmçinin bu fəaliyyətlərdən əldə edildiyi ehtimal olunan gəlirlərin müxtəlif şəxslərin və şirkətlərin bank hesabları vasitəsilə köçürüldüyü müəyyən edilib.

Report.