Türkiyədə turistləri daşıyan mikroavtobus aşıb, 15 nəfər yaralanıb

Türkiyədə turistləri daşıyan mikroavtobus aşıb, 15 nəfər yaralanıb

Türkiyənin Antalya vilayətinin Kumluca rayonunda turistləri daşıyan mikroavtobusunun qəzaya uğraması nəticəsində 15 nəfər xəsarət alıb.

Mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürən və jandarm əməkdaşları cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Report.