Türkiyədə sərnişin avtobusu ilə yanacaq maşını toqquşub, onlarla insan xəsarət alıb

Türkiyədə sərnişin avtobusu ilə yanacaq maşını toqquşub, onlarla insan xəsarət alıb

Türkiyənin Kayseri vilayətinin Melikgazi rayonunda sərnişin avtobusu ilə yanacaq daşıyan avtomobilin toqquşması nəticəsində 35 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım maşınları, polis əməkdaşları və yanğınsöndürmə briqadaları cəlb olunub.

Xəsarət alanlar şəhərdəki xəstəxanalara aparılıb.

Zərbənin təsirindən tankerdəki yanacaq yola dağılıb. Hadisənin başvermə hələ məlum deyil.

Qəza ilə bağlı araşdırma başlanıb.

Report.