Türkiyənin İstanbul və Kocaeli şəhərlərində aramsız yağışlar səbəbindən baş verən sel fəlakətindən ölənlərin sayı 9-a çatıb.
Bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, axtarışları davam edən daha bir nəfərin nəşi sel sularından çıxarılıb, bununla da ölənlərin sayı 9-a yüksəlib.
Hazırda daha bir itkin şəxsin axtarışları davam etdirilir.
Report.