Türkiyədə saxlanılan bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb

Türkiyədə saxlanılan bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb

Türkiyənin şimalında yerləşən Kocaeli vilayətinin İzmit rayonunun bələdiyyə sədri Fatma Kaplan Hürriyet vəzifədən uzaqlaşdırılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dövlət qurumlarının tenderlərinə müdaxilə və rüşvət alma ittihamları ilə iyulun 20-də saxlanılan F.K. Hürriyet “müvəqqəti tədbir” kimi vəzifəsindən kənarlaşdırılıb.

Report.