Türkiyənin İstanbul bölgəsinin Bakıköy bələdiyyəsində mal və xidmət alışı zamanı qanun pozuntularına yol verməkdə və iş yeri lisenziyası zamanı sahibkarlardan rüşvət tələb etdikləri iddialarına görə aparılan istintaq çərçivəsində aralarında bələdiyyə sədr müavinləri və məclis üzvlərinin də olduğu 68 şübhəli barəsində həbs qərarı qəbul olunub.
Məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, Bakıköy rayon Prokurorluğunun açıqlamasına əsasən, bələdiyyə sədrliyinin həyata keçirdiyi mal və xidmət alışı mübahisələrində qayda pozuntusu edilərək dövlət zərərinə törədilən iş üzrə araşdırma aparılıb. Məlum olub ki, iş yeri fəaliyyət lisenziyası almaq istəyən sahibkarlardan qanunazidd şəkildə pul tələb edilib, istənilən pulu ödəməyənlərin lisenziya əməliyyatları isə qəsdən süründürməyə salınıb.
Məlumata görə, bu istiqamətdə 42 məsələ üzrə iş araşdırılıb.