Türkiyənin Şanlıurfa vilayətində qanunsuz mərc oyunlarının təşkili və əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı keçirilən əməliyyat nəticəsində 20 şübhəli həbs edilib.
Məlumata görə, Şanlıurfa və Antalya vilayətlərində keçirilən əməliyyat zamanı 22 şübhəli saxlanılıb: “Onlardan 20-si barəsində həbs qətimkan tədbiri seçilib, 2 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb”.
Araşdırmalar nəticəsində şübhəlilərin bank hesabları üzrə ümumilikdə 2 milyard Türkiyə lirəsi (təxminən 68,6 milyon manat) həcmində əməliyyat dövriyyəsinin olduğu aşkarlanıb.
Report.