Türkiyədə pensiyanın minimum məbləği 23 min 552 lirə (500 ABŞ dolları) olacaq.
Bu, Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunan və ən aşağı pensiya məbləğinin artırılmasını nəzərdə tutan qanun layihəsində əks olunub.
“Ən aşağı pensiya məbləğinə 17,76 faizlik artım ediləcək və 23 min 552 lirə olacaq”, – məlumatda bildirilib.
Report.