Türkiyənin Diyarbəkir vilayətində nişan mərasiminə gedən sərnişinləri daşıyan mikroavtobusun aşması nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarm əməkdaşları cəlb olunub.
Report.