Türkiyədə minik və yük avtomobilləri toqquşub, ölənlər var

Türkiyədə minik və yük avtomobilləri toqquşub, ölənlər var

Türkiyənin cənubundakı Adana şəhərində ölümlə nəticələnən ağır avtomobil qəzası baş verib.

Minik avtomobili yol kənarında dayanan yük maşınına arxadan çırpılıb.

Hadisə yerinə gələn xilasedicilər sürücü və sərnişini əzilmiş minik vasitəsindən çıxarıblar. Sərnişinin hadisə yerində keçindiyi məlum olub, sürücü isə xəstəxanada dünyasını dəyişib.

Report.