Türkiyədə minik avtomobili yük maşını ilə toqquşub, ölən və yaralananlar var

Türkiyədə minik avtomobili yük maşını ilə toqquşub, ölən və yaralananlar var

Türkiyənin Şanlıurfa vilayətində yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, eyni istiqamətdə hərəkətdə olan maşınlar idarəetmədən çıxaraq bir-birinə çırpılıb.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar xəstəxanaya çatdırılıb. Həlak olanların meyitləri isə məhkəmə-tibbi ekspertiza üçün morqa təhvil verilib.

Report.