Türkiyənin İstanbul şəhərində M5 Üsküdar-Sultanbeyli Metro Xəttinin İhlamurkuyu stansiyasında kabellərdəki partlayış nəticəsində platformanı tüstü bürüyüb, sərnişinlər təxliyə edilib.
Məlumatı “Haber Global” yayıb.
Bildirilib ki, partlayışdan sonra stansiyanı tüstü bürüyüb. Qatarların hərəkəti dayandırılıb, sərnişinlər təxliyə edilib.
Məlumata görə, hadisə yerinə yanğınsöndürmə briqadaları, təcili tibbi yardım heyəti cəlb olunub.
Report.