Türkiyədə meşə yanğınları ilə mübarizəyə cəlb olunan texnika və şəxsi heyətin sayı artırılıb.
Antalya, Muğla və Balıkesir vilayətlərində davam edən meşə yanğınlarının qarşısının alınması üçün havadan və qurudan müdaxilələr davam etdirilir.
Muğlanın Seydikemer rayonununda yanğından mühafizə tədbirləri çərçivəsində ümumilikdə 202 nəfər təxliyə olunub.
Yanğınla mübarizəyə 741 nəfərlik heyət, 5 təyyarə, 18 helikopter, 88 yanğınsöndürən maşın və digər zəruri texnika cəlb edilib.
Report.